شعر3
" مین بیر گئجه " ایچیب،
کئفلهنیرم.
خیابانلاری سومسونه ـ سومسونه، تؤرـ تؤکونتولریمی،
شهره تؤکورم. سیزه گلیردیم… قارا پیشیک قاباغیما چیخدی، قاییتدیم.
سیچانلار ایچیمی دلیک ـ دئشیک ائتدیلر، قوراپالانا دؤندوم. 21-جی عصرین آواراسی منم گولبادامبوتون چرچیلرین آراباسی،
اوستومدن کئچیر… ماوی گؤزلریندن، کندیمیزین تایاسیندان بویلانارکن، یونجالیقدان باش جیخاردیرام. آنقیرتیلار بئینیمه دوشور.
21-جی عصرین آواراسینی اونوتما گولبادام
سنی شهر بویو بویلاندیم
تاپا بیلمهدیم،
بوینوم قورودو. ایندی کندیمیزده- " تاپیل ـ تاپیل پول وئریم
تاپیلماسان کول وئریم " – سؤیله ییب گزیرم سنی. پالچیغا باتیب چوبالاییرام باشماقلاریم پالچیقدا قالیر زیغ ـ زیمریقلارآیاقدان باشا اوستومه دیرماشیر.
<ا-ا-ا-ا-ا-ا-ا-ا-ا-ا->21-ci əsrin avarası mənəm Gülbadam
"Ramin Cəhangirzadə"nin şerinə bir naxışSöz Atan # 21-ci əsrin avarası mənəm Gülbadam"Min bir gecə" içib,Keflənirəm.Xiyabanları sümsünə-sümsünə,Tör-töküntülərimi,Şəhərə tökürəm.Sizə gəlirdim…Qara pişik qabağıma çıxdı, qayıtdım.Sıçanlar içimi Dəlik-deşik etdilər,Qorapalana döndüm.21-ci əsrin avarası mənəm gülbadamBütün çərçilərin arabası,Üstümdən keçir…Mavi gözlərindən,Kəndimizin tayasından boylanarkən,Yoncalıqdan baş cıxardıram.Anqırtılar beynimə düşür. 21-ci əsrin avarasını unutma gülbadamSəni şəhər boyu boylandımTapa bilmədim,Boynum qurudu. İndi kəndimizdə-"tapıl-tapıl pul verimTapılmasan kül verim"- söyləyib gəzirəm səni.Palçığa batıb çobalayıramBaşmaqlarım palçıqda qalırZığ-zımrıqlar Ayaqdan başa üstümə dırmaşır.

